ABŞ–İran razılaşması neft bazarını dəyişə bilər
ABŞ və İran arasında mümkün razılaşma əldə olunacağı təqdirdə İran-ın neft satışlarını dərhal bərpa etməsinə şərait yaradıla bilər.
Crossmedia.az bu barədə The Wall Street Journal-ın məlumatına əsasən xəbər verir.
Məlumata əsasən, razılaşma imzalandıqdan sonra sanksiyaların mərhələli şəkildə yumşaldılması planlaşdırılır. Bu çərçivədə bank əməliyyatları, nəqliyyat sektoru və ixrac üçün zəruri olan sığorta xidmətlərinə tətbiq olunan məhdudiyyətlərin də aradan qaldırılması nəzərdə tutulur.
WSJ yazır ki, bu addım İranın qlobal neft bazarına qayıdışını sürətləndirə və ölkənin ixrac imkanlarını genişləndirə bilər.
Hesabatda həmçinin qeyd olunur ki, İran bayrağı altında üzən bir supertanker artıq Çabahar limanını tərk edərək beynəlxalq sulara çıxıb. Bu hadisə apreldən bəri ilk belə böyük neft daşıma əməliyyatı kimi qiymətləndirilir və ABŞ sanksiya rejiminin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məlumata görə, tərəflər arasında danışıqların davam etməsi fonunda enerji bazarları mümkün razılaşmanın qlobal neft qiymətlərinə təsirini yaxından izləyir.
23:04 16.06.2026
Oxunuş sayı: 50