Sumqayıtda avtomobillər toqquşub
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
İlkin məlumata görə, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(Report)
17:20 28.01.2026
Oxunuş sayı: 360