"Qarabağ"ın oyunu hansı telekanalda yayımlanacaq?
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin bu gecə keçiriləcək “Liverpul” - “Qarabağ” oyununu azərbaycanlı azarkeşlər böyük maraqla gözləyirlər.
Crossmedia.az xəbər verir ki, Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq oyun Azərbaycanın İctimai Televiziya kanalında yayımlanacaq.
Matçı Slovakiyadan olan FİFA referisi İvan Krujlyak idarə edəcək.
14:25 28.01.2026
Oxunuş sayı: 623