Azərbaycan qılıncoynadanı Polşadakı beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən "Cadet Circuit" beynəlxalq turnirində bürünc medala sahib olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Məlumata görə qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.
09:17 26.01.2026
Oxunuş sayı: 498