Belqorod şəhəri kütləvi atəşə tutuldu
Ukrayna tərəfindən HIMARS raket sistemi ilə həyata keçirilən hücum nəticəsində Rusiyanın Belqorod şəhərində enerji obyektlərinə ziyan dəyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru məlumat verib.
Qeyd edək ki, hazırda şəhərdə elektrik təminatında ciddi problemlər müşahidə olunur və vəziyyətin nəzarət altına alınması üçün tədbirlər görülür.
Fatimə Məmmədova
10:14 25.01.2026
Oxunuş sayı: 656