Ukrayna və Rusiya müharibəsinin bitəcəyi tarix AÇIQLANDI
ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi elçisi Keyt Kelloq Davosda verdiyi açıqlamada bildirib ki, Ukraynada sülh bu payızda əldə oluna bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əgər Ukrayna qış mövsümünü ciddi itkilərsiz keçə bilsə, müharibə hələ bu ilin yayında — avqustun 24-də başa çata bilər. Kelloq vurğulayıb ki, qarşıdakı aylar proses üçün həlledici əhəmiyyət daşıyır.
Keçmiş xüsusi elçi qeyd edib ki, Rusiya strateji məqsədlərinə nail ola bilməyib, əsas şəhərləri ələ keçirə bilməyib və ciddi itkilər verib. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin müharibədən çıxış yolu axtarır, lakin məğlubiyyətini açıq şəkildə etiraf etməyə hazır deyil.
Kelloq həmçinin bildirib ki, sülh danışıqları artıq son mərhələyə yaxınlaşır və tərəflər arasında razılaşma ehtimalı getdikcə artır.
12:41 22.01.2026
Oxunuş sayı: 1616