Türkiyə və Yunanıstan Afinada dialoqa başladı: Beşinci görüşdə nələr müzakirə edildi?
Afinada Türkiyə və Yunanıstan arasında Siyasi Dialoq görüşlərinin beşinci turu keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüş yanvarın 20-də baş tutub.
Görüşdə hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edib.
Müzakirələrdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri, Ankara görüşündən bəri baş verən proseslər və qarşıdakı Altıncı Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YSƏŞ) toplantısına hazırlıq məsələləri diqqət mərkəzində olub.
22:16 20.01.2026
Oxunuş sayı: 1280