Vaaqn Xaçaturyandan İlham Əliyevlə bağlı açıqlama
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davos forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Xaçaturyan qeyd edib:“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə nə isə əlavə etmək çətindir. Mən sadəcə təkrar etməyə məcburam.”
Onun sözlərinə görə, çıxış zamanı əsas məqsəd Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi mövzusunda dialoqu davam etdirmək və regional əməkdaşlıq perspektivlərini vurğulamaq olub.
21:33 20.01.2026
Oxunuş sayı: 1511