Trampdan sərt açıqlama: Dünyanın ən təhlükəli terrorçuları qaçırdı, mən dayandırdım
ABŞ prezidenti Donald Tramp Suriyada Avropalı terrorçuların həbsxanadan qaçmasının qarşısını aldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Suriya hökuməti və Suriyanın yeni rəhbərliyi ilə birgə əməliyyat apararaq bütün məhbusları həbsxanaya qaytarıblar.
Trampın sözlərinə görə, qaçmağa çalışan məhbuslar dünyanın ən təhlükəli terrorçuları idi və onların hamısı Avropadan idi.
O, hadisənin dünən baş verdiyini qeyd edib və Suriyada yaxşı iş gördüklərini vurğulayıb.
22:05 20.01.2026
Oxunuş sayı: 1516