İran qlobal interneti vətəndaşlar üçün məhdudlaşdırmağa hazırlaşır
İran İslam Respublikası ölkə vətəndaşlarının böyük əksəriyyətini beynəlxalq internetdən ayırmağı planlaşdırır. Yeni qaydaya əsasən, yalnız dövlət rəsmiləri və təhlükəsizlik yoxlamasından keçmiş məhdud sayda şəxslər qlobal internetə çıxış əldə edə biləcək, digərləri isə tam nəzarət altında olan milli internet şəbəkəsindən istifadə etməli olacaqlar.
Crossmedia.az “The Guardian”-na istinadən xəbər verir. Məlumata görə, Tehran artıq 10 gündən çoxdur ki, ölkə tarixində ən genişmiqyaslı rabitə kəsintisini yaşayır. “Filterwatch” təşkilatının məlumatına görə, İran ənənəvi senzura üsullarını tərk edərək daha sərt və qapalı modelə keçib.
Bu addım ölkəni “tam rəqəmsal təcrid” vəziyyətinə gətirə bilər və vətəndaşların informasiya əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
16:15 18.01.2026
Oxunuş sayı: 1958