Argentina hökumətindən tarixi qərar: SEPAH-ın Qüds Qanadı terror təşkilatı elan olundu
Argentina hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qanadını rəsmi şəkildə terror təşkilatı kimi tanıdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Qüds Qanadı beynəlxalq miqyasda terror aktlarının, bombalı hücumların və müxalif şəxslərə qarşı zorakı əməliyyatların təşkilində iştirak edib. Argentina bu addımı atan regiondakı ilk ölkə olub.
Hakimiyyət orqanlarının açıqlamasına görə, Qüds Qanadı və ona bağlı şəbəkələr 1994-cü ilin iyulunda Buenos Ayresdə AMIA Yəhudi Mərkəzinə qarşı törədilən terror aktına görə məsuliyyət daşıyır. Həmin hücum nəticəsində 85 nəfər həyatını itirmişdi.
11:43 18.01.2026
Oxunuş sayı: 1537