"Abşeron"un voleybolçusu: Azərbaycan Yüksək Liqasında hər komanda özünə görə güclüdür
Azərbaycan Yüksək Liqasında hər komanda özünə görə güclüdür.
Crossmedia.az xəbər verir ki, bunu "Abşeron"un qadın voleybolçularda ibarət komandasının üzvü Darya Vakulka deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən hücumçu, Yüksək Liqanın IX turunda "Gənclər" kollektivi üzərində 3:1 hesablı qazanılan qələbəni şərh edib:
"Biz məşqçinin tapşırıqlarını yerinə yetirdik və qalib gəldik. Rəqibimiz güclü idi. Biz daha daha emosional və güclü olduq, qələbə qazandıq. Azərbaycan çempionatı çox maraqlıdır. Hər komanda özünə görə güclüdür, biz də çalışırıq. Hər komandaya uyğun hazırlaşırıq və ən yaxşı nəticə göstərməyə çalışırıq".
23:27 15.01.2026
Oxunuş sayı: 1093