Millimizin yoldaşlıq oyunlarını kimlər idarə edəcək?
Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Crossmedia.az xəbər verir ki, yanvarın 22-də təşkil olunacaq ilk görüşdə ədaləti Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov qoruyacaqlar.
Komandalar arasında yanvarın 24-də reallaşacaq ikinci matçı isə Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcəklər.
Bakı İdman Sarayında baş tutacaq oyunlar müvafiq olaraq, saat 19:00 və 16:00-da başlayacaq.
10:38 15.01.2026
Oxunuş sayı: 1415