Azərbaycan millisinin heyəti açıqlanıb
Yanvarın 18-dən 24-dək Bakıda təlim məşq toplanışında olacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət edib. Milli toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire), Kamran Hacıyev (Neftçi İK)
Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı Araz-Naxçıvan), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı Baku Fire), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı Neftçi İK)
11:08 14.01.2026
Oxunuş sayı: 1033