"Azərbaycan Dəmir Yolları" 2025-ci ildə 10 milyondan çox sərnişin daşıyıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 20 % çoxdur.
Ötən ilin dekabr ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 % daha çox sərnişin daşınıb.
12:51 09.01.2026
Oxunuş sayı: 1279