Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçirilib
Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
Crossmedia.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki görüş keçirilib.
Günün ilk matçında, Quba Olimpiya İdman Kompleksində, "Ordu" "Quba"nı 116:111 hesabı ilə üstələyib.
Növbəti görüşdə isə "Lənkəran" "Sərhədçi" üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.
22:10 08.01.2026
Oxunuş sayı: 1331