ABŞ-da İrana qarşı ritorika sərtləşir
ABŞ Senatının Cənubi Karolinadan olan üzvü Lindsey Qraham İranda etirazların ikinci həftəsinə keçdiyi bir vaxtda Prezident Donald Trampa açıq çağırış edib. Qraham Trampı İrandakı etirazçılara daha açıq dəstək verməyə səsləyərək, bunu “Make Iran Great Again” şüarı ilə ifadə edib.
Crossmedia.az xəbər verir ki, Fox News-a müsahibəsində çıxış edən senator bildirib ki,İran xalqı artıq bu şəkildə yaşamaq istəmir və Tramp administrasiyasının əvvəlki prezidentlərdən fərqli olaraq İran etirazçılarına “arxa çevirmədiyini” iddia edib. Qraham İranın ali dini rəhbəri Ayətullah Əli Xameneini sərt ifadələrlə tənqid edib və rejimi zorakılıqda günahlandırıb.
Qeyd edək ki, ABŞ ictimai rəyi İrana qarşı hərbi müdaxiləyə əsasən mənfi yanaşır. Son sorğulara görə, amerikalıların yalnız 16 faizi ABŞ-nin İran-İsrail qarşıdurmasına birbaşa cəlb olunmasını dəstəkləyib.
Bu arada Tramp Truth Social platformasında paylaşım edərək, İran hakimiyyətinin dinc etirazçılara qarşı kütləvi zorakılığa əl atacağı təqdirdə, ABŞ-nin “İran mülki əhalisini qoruyacağını” bildir
Qrahamın çıxışı ABŞ-da İrana münasibətdə daha sərt və ideoloji xəttin gücləndiyini göstərir. Bu ritorika hələlik siyasi təzyiq səviyyəsində qalsa da, etirazların dərinləşməsi fonunda Vaşinqtonun mövqeyi tədricən daha riskli mərhələyə keçə bilər.
23:30 06.01.2026
Oxunuş sayı: 1741