Avropalı məşhur rejissor vəfat edib
“Lənət” və “Sátántangó” kimi qaranlıq və apokaliptik filmləri ilə tanınan məşhur macar kinorejissor Bela Tarr vəfat edib. Onun 70 yaşı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Film Akademiyası məlumat yayıb. Bildirilib ki, Bela Tarr səhər saatlarında uzun və ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Akademiyanın yaydığı bəyanatda qeyd olunub ki, Bela Tarr təkcə görkəmli rejissor deyil, həm də güclü siyasi mövqeyi ilə seçilən, həm peşəkar həmkarları, həm də dünya tamaşaçıları tərəfindən böyük hörmət qazanan bir şəxsiyyət olub.
“Avropa Film Akademiyası görkəmli rejissor və güclü siyasi səsi olan, bütün dünyada böyük ehtiramla qarşılanan Bela Tarrın vəfatı ilə bağlı dərin kədər hissi keçirir”, – deyə bəyanatda vurğulanıb.
Eyni zamanda, mərhumun ailəsinin bu çətin günlərdə mətbuat və ictimaiyyət tərəfindən anlayışla qarşılanması xahiş edilib və onlardan əlavə açıqlama tələb olunmaması istənilib.
Kübra Musayeva
17:05 06.01.2026
Oxunuş sayı: 2908