Venesuelanın müvəqqəti prezidenti Trampa müraciət edib
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ prezidenti Donald Trampa müraciət yayımlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rodriges müraciətində müharibə ritorikasını rədd edərək sülh və dialoqa çağırıb:
“Xalqlarımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, mənim inandığım Venesueladır, həyatımı həsr etdiyim Venesuela budur” — deyə o bildirib.
O, həmçinin Venesuelanın gələcəkdə böyük bir dövlətə çevriləcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp müvəqqəti prezident Delси Rodrigesin başına “Madurodan da pis bir vəziyyətin” gələ biləcəyini bəyan etmişdi.
Günel Verdiyeva
13:10 05.01.2026
Oxunuş sayı: 1560