Polkovniklə müsahibə: Prezident İham Əliyevin mühüm tapşırığı var ki...- ANONS
Prezident İlham Əliyevin yerli media orqanlarına verdiyi geniş müsahibə ölkənin daxili və xarici siyasət gündəmini əhatəli şəkildə ortaya qoyur. Müsahibədə regional proseslər, mövcud sosial-iqtisadi çağırışlar, hərbi sənayenin inkişaf istiqamətləri, eləcə də Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzu kimi mühüm məsələlərə toxunulub. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə cari vəziyyətin qiymətləndirilməsi deyil, eyni zamanda gələcək strateji hədəflərin konturlarını müəyyən edən ciddi və dərin təhlil tələb edən mövzular kimi diqqət çəkir.
Birinci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim–tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov regional təhlükəsizlik, beynəlxalq aləmdə sülh, Azərbaycanın hərbi əməkdaşlıqları və prioritetləri ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib.
Müsahibədən bir neçə fikri təqdim edirik:
"Azərbaycan ordusunun inkişaf səviyyəsi Türkiyə ordusunun peşəkarlığına yaxındır".
"Prezident İham Əliyevin mühüm tapşırığı var ki, ordu Türkiyə modelinə keçid etsin".
"Bu olmadan heç bir dövlətin hərbi-sənaye kompleksi inkişaf etmir".
"Sülh istəyirlərsə müharibəyə hazır olsunlar".
"Rusiyanın Ermənistanda olan bazası bu yolla onlara dəstək verirdi".
"Milli Qəhrəman adı haqda heç vaxt xüsusi düşünməmişəm"
Müsahibə yaxın günlərdə Crossmedia.az saytında yayımlanacaq.
Ayhan
20:32 06.01.2026
Oxunuş sayı: 2183