ABŞ-də Maduro və həyat yoldaşına qarşı ittiham sənədi yayımlandı
ABŞ Baş prokuroru Pamela Blondi sosial şəbəkələrdə Nikolás Maduro və həyat yoldaşı barəsində 25 səhifəlik ittiham sənədini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sənəddə bildirilir ki, son 25 il ərzində Venesuela liderləri vəzifələrindən sui-istifadə edərək, korrupsiyalı strukturlardan narkotikləri ABŞ-yə gətirmək üçün istifadə ediblər.
Maduro qeyd olunan cinayətlərdə ittiham olunur:
Rüşvət alma, narkotrafikdən pay götürmə və marşrutların qorunmasını təmin etmə;
Yüzlərlə, minlərlə ton kokainin daşınmasını təşkil və qoruma;
Narkotiklərin təyyarə, gəmi və konteynerlərlə daşınması;
Diplomatik pasportlar, prezident anqarları və hərbi hava limanlarından istifadə;
Terrorçulara maliyyə və silah yardımı;
Ağır silahlardan istifadə etməklə sui-qəsd planlaşdırma;
Silahlı qruplarla zorakılıq, oğurluq və qətllər.
Blondi həmçinin bildirib ki, Maduro Venesuela dövlətini korrupsiyanın mərkəzinə çevirib.
Qeyd edək ki, hazırda Maduro və həyat yoldaşı gəmiylə Nyu-Yorka üz tutublar.
Fatimə Məmmədova
11:57 04.01.2026
Oxunuş sayı: 2153