Maduro Nyu-Yorkda istintaq təcridxanasına aparılıb
Venesuela prezidenti Nikolas Maduro Nyu-York şəhərinin Bruklin bölgəsində yerləşən Metropoliten istintaq təcridxanasına gətirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, CNN telekanalı Nyu-York polisindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Maduro və həyat yoldaşını daşıyan təyyarə Nyu-Yorka eniş edib. Prezidentin ABŞ-yə FTB agentlərinin müşayiəti ilə gətirildiyi bildirilir.
CNN-in məlumatında qeyd olunur ki, Maduro gəlişdən sonra qısa açıqlama verərək “Gecəniz xeyirə, Yeni iliniz mübarək” deyib.
10:55 04.01.2026
Oxunuş sayı: 1991