İranda etirazlar üçüncü gündür davam edir, təhlükəsizlik tədbirləri sərtləşdirilib
İran hakimiyyəti iki gün ictimai etirazlara icazə verdikdən sonra bu gün səhər saatlarından etibarən paytaxt Tehran başda olmaqla ictimai yerlərə və bazarlara təhlükəsizlik qüvvələri yerləşdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, etiraz aksiyaları daha da şiddətlənib. Nümayişlərin üçüncü günündə Tehranın əsas bazarlarında gərginlik ocaqları yaranıb.
Əsas ərazilərdə çoxsaylı polis qüvvələri cəmləşdirilsə də, etirazçılar toplaşmaqda davam edir və “Polis, bizi dəstəklə!” şüarları səsləndirirlər.
Paytaxtda mağazaların bağlanması və kommersiya tətillərinin sürətlə yayılması fonunda hökumət əleyhinə etirazlar genişlənir. Bu gün daha çox müəssisənin fəaliyyətini dayandırdığı, bazarlarda isə etirazların intensivləşdiyi bildirilir.
17:54 30.12.2025
Oxunuş sayı: 1121