Culfada avtomobil qaz xəttinə çırpılıb, 2 920 abonent üçün təchizat dayandırılıb
Culfada avtomobilin qaz xəttinə çırpılması nəticəsində 2 920 abonentin qaz təchizatı dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Ordubadi küçəsində avtoqəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.(Report)
19:50 30.12.2025
Oxunuş sayı: 1340