Doha Rapid Çempionatı: Karlsen yenə zirvədə
Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub. O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb.
Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.
22:35 28.12.2025
Oxunuş sayı: 1242