Rusiya ərazisi üzərindəb 100-dən çox Ukrayna PUA-sı vurulub
Rusiya Müdafiə Nazirliyinin dekabrın 24-də yaydığı məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri yeddi saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 132 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin Telegram kanalında bildirilib ki, dronlar Moskva vaxtı ilə saat 13:00–20:00 aralığında məhv edilib.
Məlumata əsasən, Belqorod vilayəti üzərində 46, Bryansk vilayəti üzərində 42, Kaluga vilayəti üzərində 15, Moskva vilayəti üzərində 12, Kursk vilayəti üzərində 7 və Lipetsk vilayəti üzərində 4 PUA vurulub.
Səriyyə Tağıyeva
22:10 24.12.2025
Oxunuş sayı: 1139