İlham Əliyev Qırğızıstana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Əminəm ki, Qırğızıstana qarşıdan gələn dövlət səfəriniz çərçivəsində biz səmərəli və effektiv danışıqlar yolu ilə Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün zəmin yaradacağıq", - o qeyd edib.
18:48 24.12.2025
Oxunuş sayı: 1957