Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Abşeron Lions" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XI turun daha iki oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" "Quba" ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib.
Bakı İdman sarayında isə "Şəki"ni qəbul edən "Abşeron Lions" rəqibini 107:82 hesabı ilə üstələyib.
Qeyd edək ki, XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.
22:30 23.12.2025
Oxunuş sayı: 1763