Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Quba" üzərində qələbə qazanıb
Azərbaycan Basketbol Liqasının X turunda daha bir görüş baş tutub.
Crossmedia.az xəbər verir ki, B qrupunun matçında "Quba" "Naxçıvan"la qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən oyun "Naxçıvan"ın 78:69 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. X tura dekabrın 21-də yekun vurulacaq.
19:10 19.12.2025
Oxunuş sayı: 888