Sumqayıtda "Siyans" hotelində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda "Samovar" restoranında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
10:00
Sumqayıtda "Siyans" hoteli yanır.
Crossmedia.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. (Report)
10:30 19.12.2025
Oxunuş sayı: 1621