Qurban Qurbanov: "Sabah"la oyunda belə bir nəticənin olacağını təxmin edirdim"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Sabah"la oyunda zəif təsir bağışlayacağını təxmin edib.
Crossmedia.az xəbər verir ki, bunu ağdamlıların baş məşqçisi özü Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah"la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
21:46 18.12.2025
Oxunuş sayı: 1175