Tramp Pakistandan Qəzzaya qoşun göndərilməsini tələb edir
Pakistan ordusunun baş komandanı Asim Munir yaxın həftələrdə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu, son altı ay ərzində üçüncü görüş olacaq və görüşün əsasən Qəzza zolağındakı qüvvələrlə bağlı məsələlərə həsr olunacağı ehtimal edilir.
Vaşinqton Qəzzada sabitləşdirmə qüvvələrinin formalaşdırılması məqsədilə İslamabada qoşun təqdim etməsi üçün təzyiq göstərir.
Türkanə Məşədiyeva
11:45 17.12.2025
Oxunuş sayı: 982