Fransa prezidenti yenidən rüşvət qalmaqalında - Sarkozi üçün yeni məhkəmə tələbi
Fransanın prezidenti Nikola Sarkozi növbəti dəfə rüşvət qalmaqalının mərkəzinə düşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Fransa Milli Maliyyə Prokurorluğu 2007-ci il prezident seçkiləri kampaniyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində Nikola Sarkozi və daha 10 nəfər barəsində yeni məhkəmə prosesinin başlanmasını tələb edib.
İttihama görə, Sarkozi və digər təqsirləndirilən şəxslər istintaq zamanı əsas şahidlərdən birinə rüşvət verməkdə şübhəli bilinir. Prokurorluq hesab edir ki, sözügedən rüşvət cəhdi məhkəmə prosesinin gedişinə təsir göstərmək və ifadələrin dəyişdirilməsinə nail olmaq məqsədi daşıyıb.
Qeyd olunur ki, iş 2007-ci ildə Sarkozinin prezident seçkiləri kampaniyasının qanunsuz maliyyələşdirilməsi iddiaları ilə birbaşa bağlıdır. Həmin dövrə aid araşdırmalar Fransa siyasətində uzun illərdir ən çox müzakirə olunan və rezonans doğuran dosyelərdən biri hesab olunur.
Nikola Sarkozi isə ittihamları rədd edir və özünü təqsirli bilmədiyini bəyan edir. Onun vəkilləri iddiaların əsassız olduğunu və müdafiə tərəfinin məhkəmədə bunu sübut edəcəyini bildiriblər.
Xatırladaq ki, bu, Sarkozinin adı hallanan ilk məhkəmə işi deyil. prezident son illər korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət ittihamları ilə bağlı bir neçə dəfə məhkəmə qarşısına çıxıb.
Fransa cəmiyyətində və siyasi dairələrdə yeni məhkəmə tələbi geniş müzakirələrə səbəb olub.
Sevinc Yarməmmədova
11:15 17.12.2025
Oxunuş sayı: 1031