ABŞ Aİ-yə Rusiyanın aktivlərinin müsadirəsindən imtina üçün təzyiq göstərir
ABŞ Avropa İttifaqına Rusiyaya məxsus aktivlərin müsadirəsindən imtina etməsi üçün misli görünməmiş təzyiq göstərir.
Bu barədə Crossmedia.az Politico nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton Aİ ölkələrinə həm diplomatik, həm də siyasi kanallar vasitəsilə təsir göstərərək Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirə edilməsinə qarşı çıxır. Bu mövqe Avropa İttifaqında müzakirələrin ləngiməsinə səbəb olub.
Əvvəllər Aİ-də prosesin irəliləməməsi Belçikanın mövqeyi ilə əlaqələndirilirdi. Belə ki, Rusiyaya məxsus dondurulmuş aktivlərin əhəmiyyətli hissəsi məhz bu ölkədə saxlanılır. Lakin sonradan Aİ rəsmiləri məsələnin kökündə başqa amilin dayandığını anlayıblar.
Türkanə Məşədiyeva
11:08 17.12.2025
Oxunuş sayı: 963