Türkiyədə Mərmərə dənizi sahildən geri çəkilib
Türkiyədə Mərmərə dənizi qəfildən sahildən təxminən 20 metr geri çəkilib.
Crossmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir. Hadisə ölkənin qərbində yerləşən Tekirdağ vilayətinin Mərmərə Ereğlisi bölgəsində qeydə alınıb.
Bildirilib ki, suyun geri çəkildiyi ərazilərdə qumlu adalar əmələ gəlib, dayaz sahələrdə isə bir neçə qapalı qayıq üzə çıxıb. Hadisə yerli sakinlərin və mütəxəssislərin diqqətini cəlb edib.
Baş verən vəziyyətin səbəbləri ilə bağlı araşdırmalar aparılır və müvafiq qurumlar hadisəni nəzarətdə saxlayıb.
Türkan Kərimli
10:17 17.12.2025
Oxunuş sayı: 988