Krım uğrunda Ukrayna tərəfdən bir güllə də atılmadı - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Krımın Rusiyanın nəzarətinə keçməsi ilə bağlı açıqlama verib. O bildirib ki, 2014-cü ildə baş verən proses zamanı Ukrayna tərəfindən faktiki olaraq heç bir silahlı müqavimət göstərilməyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Lukaşenkonun sözlərinə görə, Krım uğrunda heç kim döyüşməyib və Ukrayna tərəfdən bir dənə də güllə atılmayıb. O qeyd edib ki, baş verənləri “anneksiya”, “azad etmə” və ya “ələ keçirmə” kimi müxtəlif terminlərlə ifadə etmək mümkündür, lakin bu anlayışlar məsələnin mahiyyətini dəyişmir.
Belarus lideri vurğulayıb ki, əsas məsələ ərazinin müdafiə olunmamasıdır. “Əgər bu sənin torpağındırsa, niyə onu müdafiə etmədin?” — deyə Lukaşenko bildirib. Onun fikrincə, Ukrayna Krımı faktiki olaraq təslim edib və yarımada heç bir ciddi müqavimət olmadan Rusiyanın nəzarətinə keçib.
Türkanə Məşədiyeva
10:13 17.12.2025
Oxunuş sayı: 1057