Xerosimada 80 illik sirr DNA testi ilə açıldı
Yapon alimləri Xerosimaya atılan atom bombası zamanı itkin düşən Hatsue Kajiyamanın kimliyini DNA testi ilə müəyyən ediblər. Bununla da 80 ildən sonra bir ailənin taleyinə aydınlıq gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb
Xatırladaq ki, 1945-ci il avqustun 6-da ABŞ Xerosima şəhərinə “Little Boy” (“Kiçik oğlan”) adlı atom bombası atılıb. Bomba şəhər üzərində partlayıb və güclü istilik dalğası yaradıb. Nəticədə şəhərin böyük hissəsi dağılıb, minlərlə insan həyatını itirib.
Bu hadisə tarixdə atom bombasının müharibədə ilk dəfə istifadə olunması kimi yadda qalıb.
Bir neçə gün sonra, avqustun 9-da isə ABŞ Naqasaki şəhərinə “Fat Man” (“Şişman adam”) adlı atom bombası atıb. Partlayış yenə minlərlə insanın ölümünə səbəb olub. Daha sonra radiasiyanın təsiri ilə ölənlərin sayı on minlərlə olub.
Alimlərin apardığı bu son araşdırma göstərir ki, atom bombası qurbanlarının taleyi illər keçsə belə, müasir elmin köməyi ilə aydınlaşdırıla bilər.
Fatimə Məmmədova
10:02 17.12.2025
Oxunuş sayı: 1115