ABŞ: Rusiya–Ukrayna münaqişəsi üzrə mübahisəli məsələlərin 90%-i razılaşdırılıb
ABŞ Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması ilə bağlı mübahisəli məsələlərin təxminən 90%-nin artıq həll olunduğuna inanır.
Crossmedia.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Agentliyə danışan ABŞ rəsmisinin sözlərinə görə, ərazi məsələsi üzrə yekun qərarı Ukrayna verməlidir. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın qərbə doğru genişlənməsinin qarşısını almağa fokuslanıb.
Rəsminin qeyd etdiyinə görə, Vaşinqton Rusiyanın yekun razılaşmanın bir hissəsi kimi təhlükəsizlik zəmanətlərini qəbul edəcəyinə inanır. Trampın mövqeyinə əsasən, Moskvanı NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik mexanizmlərini qəbul etməyə razı salmaq mümkündür, lakin bunun üçün Kiyev ərazi məsələsində qərar verməlidir.
23:52 15.12.2025
Oxunuş sayı: 1254