Bryansk üzərində 9 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 15-də hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində iki saat ərzində Ukraynaya məxsus doqquz pilotsuz uçuş aparatını məhv edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirlik bildirir ki, əməliyyat Moskva vaxtı ilə saat 18:00-dan 20:00-dək həyata keçirilib.
Səriyyə Tağıyeva
22:05 15.12.2025
Oxunuş sayı: 1138