Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirib
Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar Rusiyanın Belqorod vilayətində nəqliyyat vasitələrinə hücum edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində üç mülki şəxs yaralanıb.
Vilayət qubernatoru Vyaçeslav Qladkovun bildirdiyinə görə, zərbələr Qraivoron rayonunun bir neçə yaşayış məntəqəsində qeydə alınıb.
Hadisələr zamanı avtomobillərə və fərdi evlərə də maddi ziyan dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Səriyyə Tağıyeva
20:59 15.12.2025
Oxunuş sayı: 1105