AB-də Ukraynaya “təzminat krediti” ilə bağlı fikir ayrılığı yaranıb
Ukraynanın Rusiya aktivlərindən istifadə edərək "təzminat krediti" almaq şansı azalır.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir. Belçika, Bolqarıstan, İtaliya, Malta və Çexiya bu qərara açıq şəkildə qarşı çıxıb. Bildirilir ki, daha bir neçə Avropa İttifaqı ölkəsi də dekabrın 18-dək bu təşəbbüsdən imtina edə bilər.
Məlumata görə, xüsusilə İtaliyanın mövqeyi təşəbbüs müəllifləri üçün ciddi problem yaradır. Çünki bəzi ölkələr imtina edərsə, onların payı digər üzvlər tərəfindən qarşılanmalı idi. Lakin İtaliyanın payı kifayət qədər böyükdür və 25,1 milyard avro təşkil edir ki, bu da 210 milyard avroluq ümumi məbləğin təxminən 12 faizinə bərabərdir.
İmtina edən bütün ölkələrin payı nəzərə alınarsa, söhbət 40 milyard avrodan çox vəsaitdən və ya ümumi məbləğin təxminən 20 faizindən gedir. Yekun qərarın dekabrın 18-19-da verilməsi gözlənilir.
Türkan Kərimli
19:44 15.12.2025
Oxunuş sayı: 1109