Sabah yollar buz bağlaya bilər - Xəbərdarlıq
Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
13:29 15.12.2025
Oxunuş sayı: 936