Hindistan Kəşmirdə etnik təmizləmədə günahlandırılır
Hürriyyət partiyasının ümumi Konfransı Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmirdə xalqın siyasi hüquqlarının sistemli şəkildə pozulmasından narahatlığını ifadə edib.
Partiyanın mətbuat katibi Əbdül Rəşid Minhəs Soporda bir tələbənin öldürülməsini qınayaraq beynəlxalq ictimaiyyəti münaqişənin həllinə dəstək olmağa çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o Hindistanın təhlükəsizlik qüvvələrinin və xüsusi xidmət orqanlarının fəaliyyətinin Kəşmirlilər arasında qorxu yaratdığını vəbeynəlxalq hüququ pozduğunu bildirib.
Minhəs həmçinin vurğulayıb ki, Kəşmir xalqı BMT tərəfindən tanınan öz müqəddəratını təyin etmək hüququ uğrunda ədalətli mübarizə aparır və beynəlxalq ictimaiyyəti Hindistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Partiya BMT Baş Katibi Antoniu Quterreşi də Hindistanın demoqrafik dəyişiklik cəhdlərinə diqqət yetirməyə və münaqişənin həllində fəal rol oynamağa dəvət edib.
Nigar Yahyazadə
14:06 15.12.2025
Oxunuş sayı: 1080