Berlində gərgin görüş: ABŞ kompromisə hazır deyil
ABŞ və Ukrayna liderlərinin Berlində keçirdiyi görüş beynəlxalq mediada geniş əks-səda doğurub. Mənbələrə görə, görüşdə tərəflər arasında əsas fikir ayrılığı ABŞ-ın təqdim etdiyi sülh sazişi layihəsinin şərtləri ilə bağlı olub.
Crossmedia.az The Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Berlində Vladimir Zelenski ilə görüşündə öz sülh sazişi layihəsi üzrə kompromisə getməyə hazır olmadığı bildirilib. Məlumata görə görüş gərgin mühitdə baş tutub
Görüşün gərgin atmosferdə keçməsi diplomatik proseslərin mürəkkəbliyini və tərəflərin mövqelərindəki sərtliyi ortaya qoyur. Kompromisin əldə olunmaması həm də danışıqların hələ uzun və çətin olacağını göstərir. Beynəlxalq ictimaiyyət və maraqlı tərəflər bundan sonra atılacaq addımları diqqətlə izləyir
Zeynəb Xuduyeva
13:42 15.12.2025
Oxunuş sayı: 3858