Ermənistan Aİ-dən seçkilərin xarici müdaxilədən qorunmasına dəstək istəyib
Ermənistan seçkilərə mümkün xarici müdaxilə ilə bağlı Aİ-yə müraciət edib.
Ermənistan Avropa İttifaqına seçkilərə xarici müdaxilənin qarşısının alınmasında dəstək göstərilməsi xahişi ilə müraciət edib.
Bu barədə Crossmedia.az Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallasın verdiyi məlumata istinadən xəbər verir.
Onun sözlərinə görə, əsas risklər Rusiya tərəfindən gələ biləcək təsirlərlə bağlıdır.
Mənbələrin bildirdiyinə görə, aprel ayında Kremlin Ermənistan istiqaməti üzrə kuratoru vəzifəsinə Sergey Kiriyenko təyin olunub. Yerevanda Moskvanın ölkə daxilində siyasi vəziyyəti sabitlikdən çıxarmağa cəhd göstərə biləcəyindən və seçki prosesinə mümkün müdaxilə üçün müxtəlif ssenarilər hazırladığından narahatdırlar.
Mehriban İbrahimli
12:57 15.12.2025
Oxunuş sayı: 1537