Nazir olmaq üçün “yeganə düzgün yol” anlayışı absurddur- Papoyan
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan nazir postunu tutmaq üçün guya “düzgün” və ya “yeganə” karyera yolunun mövcud olması barədə səsləndirilən fikirləri sərt şəkildə tənqid edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazir həbs olunmuş rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın səsləndirdiyi fikirlərə münasibət bildirərək bildirib ki, müxtəlif peşə və vəzifələrdə çalışmaq bir şəxsin nazir olmasına maneə deyil.
Papoyan qeyd edib ki, Narek Karapetyan onun Milli Məclisin daimi komissiyasının sədri, deputat, universitet müəllimi, özəl şirkətdə direktor müavini, şöbə müdiri və marketinq üzrə mütəxəssis kimi fəaliyyət göstərməsini tənqid edir. Nazir isə bu yanaşmanı əsassız adlandırıb.
İqtisadiyyat nazirinin sözlərinə görə, Karapetyan “düzgün yol”u öz karyerası ilə müqayisə edir və bunu istehzalı şəkildə belə təsvir edir: doğuldu, çörək yedi, böyüdü və zavod direktoru oldu.
Papoyan bu cür yanaşmanın reallığı əks etdirmədiyini və dövlət idarəçiliyində peşəkar təcrübənin müxtəlif sahələrdə qazanıla biləcəyini vurğulayıb.
Türkanə Məşədiyeva
13:39 15.12.2025
Oxunuş sayı: 3683