Bəşər Əsəd həkimlik fəaliyyətinə qayıdır
Suriyanın sabiq prezidenti Bəşər Əsəd Rusiyada yaşayır və yenidən tibbi fəaliyyətlə məşğul olmağı planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əsəd oftalmologiya sahəsində biliklərini dərinləşdirir, eyni zamanda rus dilini öyrənir və gələcəkdə Moskvada imkanlı pasiyentlərlə işləyə bilər.
Məlumata əsasən, Əsədin maliyyə problemləri yoxdur, sərvətinin bir hissəsi əvvəlcədən Rusiyaya köçürülüb. Onun ailəsi Moskva ətrafında, Rublyovkada yerləşən qapalı yaşayış kompleksində sakit və komfortlu həyat sürür. Bildirilir ki, ailə ictimaiyyətdən uzaq durur, siyasi fəaliyyətlə məşğul olmur və sosial şəbəkələrdən istifadə etmir.
Qeyd olunur ki, Əsədin həyat yoldaşı Asma Əsəd vaxtını əsasən idman, gözəllik salonları və alış-verişlə keçirir.
Nigar Yahyazadə
12:20 15.12.2025
Oxunuş sayı: 1012