Arxiyepiskop Vazgen Mirzaxanyan: Kilsə və dövlət bir yerdə olmalıdır
Baltik ölkələri üzrə erməni yeparxiyasının rəhbəri arxiyepiskop Vazgen Mirzaxanyan Ermənistanın baş naziri Nikol Paşinyanın kilsə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, baş naziri uzun illərdir mövcud olan problemləri açıq şəkildə dilə gətirdiyi üçün təşəkkür edib.
Mirzaxanyanın sözlərinə görə, söhbət təkcə siyasi mövqedən yox, həm də kilsənin və dövlətin mənəvi təhlükəsizliyindən gedir. O qeyd edib ki, Paşinyan kilsə daxilində illərdir müzakirə olunan problemlərə dəstək verib və bu məsələlər cəmiyyətin diqqətinə çatdırılmalıdır.
Arxiyepiskop vurğulayıb ki, görülən addımlar Erməni Apostol Kilsəsinə və ya Müqəddəs Eçmiədzinə qarşı deyil, əksinə, onun mənəvi missiyasının qorunmasına xidmət edir. O, tarixə istinad edərək bildirib ki, kilsənin xarici güclərin təsiri altına düşməsi heç vaxt müsbət nəticə verməyib.
Mirzaxanyan sonda qeyd edib ki, Ermənistan xalqı tərəfindən seçilmiş hakimiyyətlə kilsə arasında əməkdaşlıq vacibdir və bu birlik dövlətin möhkəmlənməsinə töhfə verə bilər.
Nigar Yahyazadə
12:15 15.12.2025
Oxunuş sayı: 1290