Kadırovdan etiraf: Hakimiyyətdən yoruldum
Çeçenistan rəhbəri Ramzan Kadırov gələcək siyasi planları və şəxsi həyatına dair diqqət çəkən açıqlamalar verib. O, hakimiyyətdə qalmaqla bağlı fikirlərini açıq şəkildə paylaşaraq, həm də həyatının sonunu necə görmək istədiyini danışıb. Kadırovun sözləri həm Rusiya, həm də region mediasında geniş rezonans doğurub
Crossmedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putin təklif edərsə, 2026-cı ildə respublika başçısı seçkilərində iştirak etməyə hazır olduğunu açıqlayıb.
“Əgər məndən soruşsalar, mən bu hakimiyyətdən və xalqa xidmət etməkdən boğaza yığılmışam. Düşünürəm ki, yeni qüvvələr, yeni insanlar daha maraqlı ola bilər”, – deyə Kadırov bildirib.
Birbaşa xətt zamanı o, həmçinin dərin qocalığa qədər yaşamağa can atmadığını və insanların onu “sevdiyi və hörmət etdiyi” bir vaxtda həyatdan köçmək istədiyini deyib.
“Əgər şayiələrə qulaq assaq, mən qocalığa qədər yaşamayacağam. Mən qocalığa qədər yaşamaq istəmirəm. Mən elə bir anda həyatdan getmək istəyirəm ki, hamı məni sevsin, hörmət etsin və ölümdən sonra mənim yoxluğumu hiss etsin”.
Zeynəb Xuduyeva
12:10 15.12.2025
Oxunuş sayı: 1013