Valeri Meladzeyə Qırğızıstanda konsert qadağası qoyuldu
Rusiyalı müğənni Valeri Meladzeyə Qırğızıstanda konsert verməyə icazə verilməyib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənətçinin prodüseri bildirib ki, konsertin qadağan olunması siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Qırğızıstan hakimiyyəti Rusiya ilə münasibətlərin gərginləşməsi riskini gözə almaq istəməyib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Valeri Meladze döyüşlərin tezliklə dayandırılmasına çağırış edib və bundan sonra Rusiyanı tərk edib.
Mehriban İbrahimli
11:41 15.12.2025
Oxunuş sayı: 1006